Modern.az

Dünən itkin düşən 3 nəfər tapıldı

Dünən itkin düşən 3 nəfər tapıldı

Aktual

5 Fevral 2020, 09:06

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində baş verən cinayət hadisələrinin statistik məlumatlarıını açıqlayıb.

 

BŞBPİ-nin Mətbuat Xidmətindən Modern.az verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də 9 cinayətin üstü açılıb.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 11 nəfər saxlanılıb.

 

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

 

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı