Sabah Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçiriləcək.
Modern.az-ın məlumatına görə, komitə iclasının gündəliyində bu məsələlər müzakirə olunacaq:
- "Sərhəd mühafizə orqanları haqqında", "Təhsil haqqında", "Peşə təhsili haqqında", "Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında" (birinci oxunuş)
- "Elm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)
- "Təhsil haqqında", "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)
- "Elm haqqında", "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında ( birinci oxunuş)
- Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyasında fəaliyyəti haqqında hesabat
- Elm və təhsil komitəsinin 2020-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi
- Cari məsələ