"Koronavirus infeksiyası dünyanın 162 ölkədə yayılıb. Ancaq çox sevindirici haldır ki, Azərbaycanda bu virus az yayılıb".
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, virusla yanaşı informasiya pandemiyası da təhlükəlidir:
"İnsanlara vaxtında və düzgün məlumat yayılmalıdır ki, panikaya yol verilməsin. Tibbi ləvazimatların möhtəkirliyi ilə məşğul olan ayrı-ayrı qruplar ifşa olundu. Biz ictimai münasibətlərdə məsuliyyət məsələsini önə çəkməliyik. Azərbaycanda ictimai gigiyeniya məsələsi yüksəkdir. Azərbaycan xalqı bu virusla mübarizədə özünü səfərbər etməyi bacardı. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar öz evlərini həmin ölkələrdə olan həmvətənlərinə təklif etdilər”.