“İlk dəfədir ki, Almaniyada və dünyanın bütün ölkələrində koronavirusla əlaqədar indiyə kimi bizə bu formada məlum olmayan vəziyyət yaranıb. Əlbəttə ki, panikaya heç bir əsas yoxdur”.
Bu fikirləri Modern.az-a açıqlamasında Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Yaşar Musayev deyib.
Onun sözlərinə görə, həm Almaniya federal hökuməti, həm də yerli hökumətlər lazım olan bütün vacib addımları atır:
“Bunu TV, radio və digər kütləvi informasiya vasitəsilə əhalinin nəzərinə hər gün bir necə dəfə aktuallaşdıraraq çatdırırlar. Sizlərdən ilk növbətə həmin tələbləri dinləmək və əməl etməyi xahiş edirik. Azərbaycanla əlaqədar olan bir çox məsələlər həm Diasporla İş üzrə Dövlət Komitəsi, həm də Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən imkan daxilində operativ həll olunur. Sizin hamınızı bu cətin sınaq dövründə birliyə çağırır, əminliklə bildiririk ki, bu sınağa hamımız böyük məsuliyyət hissi ilə, birlikdə və şərəflə qalib gələcəyik”.