Modern.az

Ayaz Mütəllibov koronavirusdan necə qorunur?

Ayaz Mütəllibov koronavirusdan necə qorunur?

Aktual

18 Mart 2020, 14:24

“Bu elə bir bəladır ki, bir söz deyə bilmirəm. Koronavirus naməmlum bir şeydir. Gözlənilməz hadisədir. Hesab edirəm ki, digər ölkələrə də baxıb öz işimizi görməliyik”.

 

Bu fikirləri Modern.az-a Azərbaycanın eks prezidenti  Ayaz Mütəllibov koronavirus bəlasından danışarkən deyib.

 

Eks prezident qaydalara əməl etdiyini də söyləyib:

 

“Mütəmadi olaraq mətbuatdan virusla bağlı məlumatları oxuyuram. Mən də şəxsi gigiyenaya riayət edənlərdənəm. Əllərimi tez-tez sabunla yuyub spirtdən istifadə edirəm”. 

 

Ayaz Mütəllibov virusun məhv olmasından da söz açıb: “Konkret olaraq panikasız və ajiotajsız bu xəstəliyə qalib gəlmək lazımdır. Güman ki, havalar istiləşəndən sonra bu virus məhv olacaq.

 

Bəlkə də bu xəstəlik onu deməyə əsas verir ki, dünya əsassız müharibələrlə günahsız insanları qırır. Biz deyə bilmərik ki, hər şey bizim əlimizdədir. Hesab edirəm ki, dünyada mehribanlıq, yekdillik olarsa hər şey öz həllini tapar. Kimsə koronavirusdan sığortalanmayıb. Ümid edirəm ki, Allahın köməyi ilə bu hadisənin öhdəsindən gələcəyik”.

 

Qeyd edək ki, koronavirus son vaxtların ən çox müzakirə olunan mövzusudur. Çin, İtaliya, İran İspaniya kimi ölkələrdə virusdan dünyasını dəyişənlərin sayı artır.

 

Ölkəmizdə  isə 23 nəfərdə koronavirus tapılıb və onlar karantin rejimindədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?