Modern.az

Əfqanıstanda terakt: dinc sakinlər öldü

Əfqanıstanda terakt: dinc sakinlər öldü

Aktual

18 Oktyabr 2020, 09:38

Əfqanıstanın qərbindəki Qor əyalətində terror aktı törədilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Qeyd edilir ki, terror aktı nəticəsində altı dinc sakin həlak olub. Əfqanıstanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Tarık Aren jurnalistlərə bildirib ki, partlayıcı qurğu Pallal rayonunda nəqliyyat vasitələrinin hərəkət etdiyi yol kənarında qoyulub.

 

Aren terror aktının törədilməsinə görə "Taliban" hərəkatını ittiham edib.

 

Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV