Modern.az

Rusiyadan xalis kapital axını kəskin artıb

Rusiyadan xalis kapital axını kəskin artıb

Aktual

9 Dekabr 2020, 18:14

Bu ilin yanvar-noyabr aylarında Rusiyadan xalis kapital axını illik müqayisədə 77,4% artaraq 47,9 mlrd. ABŞ dolları təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici 27 mlrd. dollara bərabər olub.

 

"APA”-nın məlumatına görə, bu barədə Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) açıqlamasında deyilir.

Rusiya Bankı ölkədən kapital axının artmasının əsas səbəbi kimi, həm bankların, həm də digər sektorların qeyri-rezidentləri qarşısında öhdəliklərin azalmasını göstərir. Bank qeyd edir ki, ötən ilin analoji dövründə qeydə alınan göstərici xarici aktivlərini artıran və xarici öhdəliklərini azaldan bankların hesabına formalaşmışdı.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu