Modern.az

Yerevanda Paşinyanın maşınına yumurta atdılar - VİDEO

Yerevanda Paşinyanın maşınına yumurta atdılar - VİDEO

Aktual

10 Dekabr 2020, 11:55

Ermənistanda bir qrup etirazçı hökumət binasına girməyə cəhd ediblər.

 

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, müxalif Daşnaksütun Partiyasının üzvləri olan aksiyaçılar Paşinyanın da oturduğu hökumət binasını basmağa çalışıblar. Onlar müxtəlif şüarlar səsləndirərək Nikol Paşinyanı Azərbaycana işləməkdə suçlayıblar.

 

"Nikol, sən türklərin maraqlarının xidmətçisisən. Satqın Nikol, rədd ol!", - deyə etirazçılar meqafonla qışqırıblar. Daha sonra onların qarşısı alınıb və hökumət binasına daxil olmaq cəhdləri baş tutmayıb.

 

Həmçinin  N.Paşinyanın olduğu avtomobilə yumurta atılıb.

 

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...