Modern.az

Cəmil Quliyev koronavirusa yoluxdu

Cəmil Quliyev koronavirusa yoluxdu

Aktual

12 Dekabr 2020, 20:03

İctimai Televiziyanın sabiq baş direktoru, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyev koronavirusa yoluxub.

 

Bu barədə Modern.az-a Cəmil Quliyev özü məlumat verib.

 

Hazırda ev şəraitində müalicə aldığını deyən C.Quliyev özünü nisbətən yaxşı hiss etdiyini deyib:

 

"Müalicəmi alıram, tibb bacısı da yaxın qohumumdur, lazımi sistemləri köçürür. Bir dərman vardı o tapılmırdı, çətinliklə də olsa tapdıq. Onu qəbul edəndən sonra çox yaxşıyam. Həkimlər də lazımi müalicə təyin ediblər. Şükür yaxşılaşıram".

 

İncəsənət xadimi COVID-19-a işdə yoluxduğunu bildirib:

 

"Özüm bütün gigiyenik qaydalara riayət edirəm, maska taxıram. Amma Fiım Fonduna gedib-gələnlər, qonaqlar, çəkilişlər çox olur. Əməkdaşlarımızdan da xəstələnənlər vardı. Bu elə bir şeydir ki, nə qədər qorunsan da səndən yan keçmir.

Artıq bir həftədir xəstəyəm. Kompüter tomoqrafiyasında ağciyərimin 3 faizində buzlu şüşə aşkarlandı. Bu özü nə demək olduğu aydındır.

Maraqlananlara, narahat olanlara deyin ki, yaxşıyam. Hər şey yaxşıdır, nigaran qalmasınlar".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar