Modern.az

Deputatdan Nazirlər Kabinetinə QHT-lərlə bağlı ÇAĞIRIŞ

Deputatdan Nazirlər Kabinetinə QHT-lərlə bağlı ÇAĞIRIŞ

Aktual

13 Dekabr 2020, 23:46

14 dekabrdan ölkəmizdə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqinə başlanılır. Xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin sayı məhdudlaşdırılacaq.

 

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, fəaliyyətinə icazə verilməyəcək qurumlardan biri də qeyri-hökumət təşkilatlarıdır:

 

"Belə ki, qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyət kodu icazə verilən fəaliyyətlər siyahısına daxil edilməyib. Kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının eyni kateqoriyaya daxil olmasına baxmayaraq, QHT-lər sərt karantin dövründə fəaliyyətlərini ofis şəraitində davam etdirə bilməyəcəklər. Halbuki, pandemiyaya qarşı mübarizə yalnız inzibati deyil, eyni zamanda digər metodlar ilə də sistemli və paralel şəkildə aparılmalıdır. Təbliğat və maarifləndirici işlərin və hətta içtimai nəzarətinin səmərəliliyi birbaşa qeyri-hökumət təşkilatlarının aktiv fəaliyyətindən aslıdır".

 

Deputat qeyd edib ki, bu sektorda çalışanların sayı da çox olmadığı üçün fəaliyyətə icazə epidomoloji vəziyyətə xüsusi təsir etməyəcək:

 

"Bu baxımdan, Nazirlər Kabinetinin fəaliyyətinə icazə verilən sahələrin siyahısına yenidən baxması və pandemiyaya qarşı mübarizədə vacib institut olan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə icazə verməsi məqsədəuyğundur".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu