72 gündür itkin kimi axtarılan Azərbaycan Silahlı Qüvvəllərinin zabiti, 1988-ci il təbəllüdlü Vəliyev Vüsal İslam oğlunun şəhid olduğu müəyyənləşib.
Modern.az-ın məlumatına görə, bu barədə şəhidin qardaşı Elyar İslamoğlu bildirib.
"Məni şəhid qardaşı edən cənab mayor Vəliyev Vüsal İslam oğlu, həmlə taborunun komandiri.
Murovdağ yüksəkliklərinin alınması və Kəlbəcər uğrunda gedən döyüşlərdə iki dəfə yaralansa da, əsgərlərini, ona təhkim edilən şəxsi heyəti tək qoymadı, döyüşdən çıxmadı. Onlarla yaralını xilas etdi, qəhrəmancasına şəhid oldu.
Qardaşımın xəbərini eşidən atam dözmədi, oğlunun cənazəsi gəlməmiş dünyadan oğul nisgiliylə köçdü.
Allah rəhmət eləsin, ata. Allah rəhmət eləsin qardaş".
E.İslamoğlu qardaşının nişanlı olduğunu deyib:
"Vüsal nişanlıydı, toyunu etmək qismət olmadı. Bütün arzularımız puç oldu".