6 ildən sonra erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətiriliblər.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov sevincini Modern.az-la bölüşüb:
"Mən inanırdım, əmin idim ki, cənab Ali Baş Komandan atamgilin geri qaytarılması üçün hər şeyi edir. Çox şükür bu günə. Təşəkkürlər, cənab Prezident, sizin "dəmir yumruğunuz" sayəsində girovlar Azərbaycandadır".
Hazırda Şəmkirdə olan K.Əsgərov atasının yanına Bakıya gəlmək üçün hazırlaşdığını deyib:
"Hələ ki məndə heç bir məlumat yoxdur, atamla danışmamışam. Sadəcə bildiyim odur ki, hər ikisi Vətəndədir".