Modern.az

Bəzi rayonların qaz təchizatında yaranmış fasilə aradan qaldırıldı

Bəzi rayonların qaz təchizatında yaranmış fasilə aradan qaldırıldı

Aktual

15 Dekabr 2020, 10:35

Quba, Qusar, Xaçmaz Şabran, Siyəzən və Xızı rayonlarının qaz təchizatında yaranmış fasilə aradan qaldırılıb.

 

Bunu Modern.az-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

 

Onun sözlərinə görə, adıçəkilən ərazilərdə qaz təchizatında fasilə yaranmasına səbəb Mazdok - Qazıməmməd qaz kəmərindən aparılan təmir işləri ilə əlaqədar idi: "Kəmərdə aparılan təmir işləri ilə əlaqədar həmin rayonlara qaz təchizatı dayandırılmışdı. Dünən günorta saatlarında rayon mərkəzlərinə qazın verilişi bərpa olundu. Dünən axşam saatlarından isə adıçəkilən ərazilərin hamısına qazın açılışı təmin edilib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...