Modern.az

Ərdoğan Azərbaycanla Türkiyə arasında daha bir vacib sənədi TƏSDİQLƏDİ

Ərdoğan Azərbaycanla Türkiyə arasında daha bir vacib sənədi TƏSDİQLƏDİ

Aktual

2 Mart 2021, 09:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.

 

Modern.az-ın məlumatına görə, R.T.Ərdoğanın imzaladığı qərara əsasən, saziş qüvvəyə minib.

 

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin fevralın 25-də Bakıda imzalanıb.

 

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi əksini tapıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?