Modern.az

Ronaldo unikal rekorda imza atdı

Ronaldo unikal rekorda imza atdı

Aktual

3 Mart 2021, 08:00

"Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının "Spetsiya" ilə matçında fərqlənib.

 

Modern.az xəbər verir ki, matç turinlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birini Ronaldu vurub.

 

Bu, 36 yaşlı portuqaliyalının A Seriyasının cari mövsümündə 20-ci qolu olub.

 

Ronaldu artıq 12-ci dəfədir milli çempionatlarda azı 20 qol vurur. Bu, müasir futbolda mütləq rekorddur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?