Modern.az

Avtomobilləri cızan şəxs ələ keçdi

Avtomobilləri cızan şəxs ələ keçdi

Aktual

3 Mart 2021, 13:00

Martın 2-də Gəncə şəhəri ərazisində şəhər sakini E.Abdullayevə məxsus “Mercedes” markalı avtomobilin qəsdən cızılaraq sahibinə maddi ziyan vurulması barədə Nizami (Gəncə) RPİ-yə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini E.Kərimov saxlanılıb.

 

Ətrafında aparılmış tədbirlərlə onun Gəncə şəhər sakinləri A.Hüseynova və S.İsmayılova məxsus “Toyota” və “KİA” markalı avtomobillərə ziyan vurması da müəyyən edilib.

 

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib