Modern.az

Ombudsman Novella Cəfəroğlunu təltif etdi

Ombudsman Novella Cəfəroğlunu təltif etdi

Aktual

3 Mart 2021, 15:35

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlunu 80 illik yubileyi münasibətilə təbrik edib.

 

Ombudsman Aparatından Modern.az-a bildirilib ki, Ombudsman ölkəmizdə insan hüquqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəal iştirakına görə N.Cəfəroğluna təşəkkürünü bildirib, ona fəxri fərman təqdim edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib