Modern.az

Ermənistanda “çoxərlilik qanunu”…

Ermənistanda “çoxərlilik qanunu”…

Aktual

11 Sentyabr 2012, 10:24

Bu barədə parlamentə qanun layihəsi təklif olunub


Akop Akopyan: “Azərbaycana çatmaq üçün erməni qadınlar nə yolla olur olsun, çox doğmalıdırlar”

Doğum faizinin ildən ilə aşağı düşdüyü, əhalinin xeyli qisminin yaşamaq üçün xaricə üz tutduğu Ermənistan insan resursu böhranı ilə qarşılaşıb. Buna görə də əhalinin sayında artıma nail olmaq üçün hətta ağılasığmaz təkliflər belə səsləndirilir.

Modern.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl Ermənistan parlamentinin deputatı Akop Akopyan ölkə əhalisinin sayının artırılması üçün qanunvericilik təşəbbüsü ilə çıxış edib. O, parlamentə təqdim etdiyi qanun layihəsində “maraqlı” təkliflər irəli sürüb.

Erməni deputat hesab edir ki, ölkədə doğum faizini artırmaq və bu sahədə Azərbaycana çatmaq üçün çoxarvadlılıqla yanaşı, çoxərliliyə rəsmən icazə verilməli, həmçinin nigahdan kənar təmasdan uşaq doğmağın təşviqi ilə bağlı  qanun qəbul edilməlidir.

Akopyan hesab edir ki, bu tədbirlər görülərsə genefondun artması məsələsində Azərbaycandan geri qalan Ermənistan irəliləyişə nail ola bilər.

Hələki, qanun layihəsi müzakirəyə çıxarılmayıb. Ermənistanda doğum faizi isə 2011-ci ilə nisbətdə 2012-ci ildə 812 nəfər aşağı düşüb.

Hazırda Ermənistan parlamentində İctimai işlər Daimi Komissiyasının rəhbəri olan Akop Akopyan “problemin təhlükəli həddə olduğunu nəzərə alaraq Azərbaycana çatmaq üçün erməni qadınlar nə yolla olur olsun, çox doğmalıdırlar" deyir və yuxarıda qeyd olunan təkliflərin üzərində israr edir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı