Modern.az

Külək regionlarda enerji təsərüfatına ciddi ziyan vurdu

Külək regionlarda enerji təsərüfatına ciddi ziyan vurdu

Aktual

6 Aprel 2021, 13:13

Güclü külək Azərbaycanın bir sıra regionlarında elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

 

“Azərişıq” ASC-dən Modern.az-a verilən məlumata görə, ölkənin Şimal rayonlarında əsən güclü külək Şabran, Xaçmaz və Quba rayonları ərazisində fərdi evlərin damlarını uçurub, ağacları aşırıb və nəticədə elektrik enerjisi verilişində fasilə yaranıb.

 

Hadisə yerinə gələn “Azərişıq” ASC-nin əməkdaşları Quba və Şabran rayonlarında elektrik enerjisi verilişində yaranan fasiləni aradan qaldırıb, Xaçmaz rayonu ərazisində isə təmirbərpa işləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı