Modern.az

Nazirlikdən çirkab su HARAYI

Nazirlikdən çirkab su HARAYI

Aktual

4 May 2021, 16:30

“Statistikaya görə, 2020-ci ildə Bakıda gündəlik 330 milyon kubmetr çirkab su formalaşıb”.

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkə hesabında yayımlanan “Ekspert saatı”nda nazirliyin Su resurslarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, yalnız 182 milyon kubmetr çirkli su bioloji təmizlənmədən keçib: 

“147 milyon kubmetr su isə mexaniki təmizlənmədən keçib. Qalan su isə təmizlənmədən dənizə və ya göllərə axıdılıb. Əlbəttə ki, bu, bizi düşündürür. Bununla bağlı həmin müəssisələrə məcburi göstəriş verilir, istehsalat fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmələr qarşısında çıxış olunur, cərimələr tətbiq olunub, iddialar hesablanır. Heç bir fiziki və hüquqi şəxsə imkan verilmir ki, sərbəst şəkildə çirkab suyu dənizə axıtsın. Xəzər boyu 123-dən çox mənbə var ki, dənizi çirkləndirir. Qeyd edim ki, Azərbaycanın su ehtiyatları qanunvericiliklə qorunur”.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada