Modern.az

Həbsdə olan sabiq deputat ittihamları RƏDD ETDİ

Həbsdə olan sabiq deputat ittihamları RƏDD ETDİ

Aktual

8 İyul 2021, 18:16

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılovun işi üzrə məhkəmə prosesi keçirilib.

 

Modern.az-ın məlumatına görə, prokuror ittiham aktını elan edib. Daha sonra Rafael Cəbrayılov ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

 

Məhkəmə iclası 22 iyul saat 15:30-da davam etdiriləcək.

 

İttihama görə, Rafael Cəbrayılov Milli Məclisin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

 

Rafael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı