Modern.az

İranda yük qatarı aşdı - yaralılar var

İranda yük qatarı aşdı - yaralılar var

Aktual

8 İyul 2021, 19:08

İranın şimalında yerləşən Simnan vilayətində yük qatarı aşıb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Simnan Qırmızı Aypara Cəmiyyətinin sədri Müzəffər Məhəmmədxani jurnalistlərə açıqlamasında deyib.

 

M.Məhəmmədxaninin sözlərinə görə, Aradan-Sorxə arasında qatar relsdən çıxıb. Nəticədə maşinist və iki köməkçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

 

Məhəmmədxani deyib ki, hadisəyə səbəb qatardakı texniki nasazlıq olub.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi