Modern.az

Rusiya millisinin baş məşqçisi istefaya göndərildi

Rusiya millisinin baş məşqçisi istefaya göndərildi

Aktual

8 İyul 2021, 19:32

Stanislav Çerçesov Rusiya milli futbol komandasının məşqçisi vəzifəsindən azad edilib.

 

Modern.az “Rusiya Futbol Birliyi”nə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə müqaviləni ləğv etmək üçün ortaq qərar verilib və onun əvəzinə yeni namizəd axtarışlarına başlanılıb.

 

Namizədlər arasında Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv, İsveçrə yığmasının baş məşqçisi Vladimir Petkoviç və Almaniyanın gənclərdən ibarət komandası ilə işləyən Ştefan Kuntz var.

 

Qeyd edək ki, S. Çerçesov 2016-cı ildən Rusiya yığmasına başçılıq edirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi