Modern.az

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 60-a çatdı

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 60-a çatdı

Aktual

8 İyul 2021, 19:54

ABŞ-ın Florida ştatının Serfsayd şəhərciyində çökmüş yaşayış binasının dağıntıları altından çıxarılan meyitlərin sayı 60-a çatıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava brifinq zamanı bildirib.

 

“Dağıntılar altından daha bir neçə nəfərin cəsədini çıxardıq, indiyədək çıxarılmış meyitlərin sayı 60-a çatıb. 80 nəfərin aqibəti isə hələ də bəlli deyil”, - deyə o vurğulayıb.

 

Axtarış-xilasetmə tədbirləri davam edir.

 

Qeyd edək ki, 12 mərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb. İlk gün ərzində dağıntılar altından 37 nəfər sağ çıxarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV