Modern.az

Əmioğlular arasında mübahisə ölümlə bitdi

Əmioğlular arasında mübahisə ölümlə bitdi

Aktual

19 İyul 2021, 11:49

İyulun 18-i saat 23 radələrində 1996-cı il təvəllüdlü Gəray Gərayevin Ağdam rayonu ərazisində qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin əmisi oğlu 2003-cü il təvəllüdlü Ülvü Gərayzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gəray Gərayevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.

 

Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Ülvü Gərayzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq  davam edir.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi