Modern.az

Güləşçilərimiz Tokioda məşqlərə başladı

Güləşçilərimiz Tokioda məşqlərə başladı

Aktual

30 İyul 2021, 22:39

Avqustun 1-də Olimpiadada güləş yarışlarına start veriləcək.

 

Azərbaycan Güləş Federasiyasından Modern.az-a verilən məlumata görə, iyunun 28-dən Tokiodakı Atletlər Kəndində məskunlaşan hər 3 güləş növü üzrə millilərimiz həmin məkanda güləş üçün ayrılmış zalda məşqlərə başlayıb. Bu gün yerli vaxtla saat 11:00-da Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək 7 güləşçi məşqçilərin nəzarəti altında hazırlıq prosesinə start verib.

  

Xatırladaq ki, güləşçilərimiz mübarizəyə avqustun 2-də start verəcək. Həmin gün Rafiq Hüseynov (77 kq) və Elis Manalova (68 kq) xalça üzərinə çıxacaq. Ertəsi gün İslam Abbasov (87 kq), avqustun 5-də Turan Bayramov (74 kq), ayın 6-da isə Hacı Əliyev (65 kq), Şərif Şərifov (97 kq) və Mariya Stadnik (50 kq) mübarizəyə qoşulacaq. Olimpiada "İdman" TV vasitəsilə canlı yayımlanır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?