Modern.az

Yol qəzalarında 3 nəfər yaralandı

Yol qəzalarında 3 nəfər yaralandı

Aktual

8 Oktyabr 2021, 08:50

Bakıda ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Qədirov Elçin Həmdi oğlu xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb, həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diqanozu qoyulub.

 

Digər hadisə paytaxtın Nərimanov rayonunda baş verib. İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü  Mustafayev Amil Qiyas oğlu yaralanıb. Xəstəxanaya aparılan yaralıya bədənin əzikləri diaqnozu qoyulub.

 

Ələt-Astara yolunda da bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzada 1993-cü il təvəllüdlü Bibişli İsak Təyyar oğlu ağır xəsarət alıb. Xəstəxanada həkim tərəfindən ona açıq kəllə-beyin travması diqanozu qoyulub. Hər üç faktla bağlı araşdırma aparılır. (“Report” )

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı