Balakən rayonunun mərkəzində peyda olan ayı yerli sakinləri qorxuya salıb.

 

Modern.az xəbər verir ki, yırtıcı günorta saatlarında rayonun mərkəzində görünüb.

 

Sakinlərdən biri, avtomobil yolunda qaçan 3-4 yaşlı qonur ayının videogörüntülərini mobil telefonunun yaddaşına köçürüb.

 

Onun sözlərinə görə, ayı təqribən 150-200 metr qaçdıqdan sonra gözdən itib.