Modern.az

Sakit okeanda güclü zəlzələ

Sakit okeanda güclü zəlzələ

Aktual

9 Oktyabr 2021, 15:48

Sakit okeanda yerləşən Vanuatu adası sahillərində 6,8 bal gücündə zəlzələ olub.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.

 

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 10.59-da (Bakı vaxtı ilə saat 14.59) baş verib.

 

Zəlzələnin ocağı 485 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!