Modern.az

Bayden qaçqın qəbulu kvotasını ARTIRDI

Bayden qaçqın qəbulu kvotasını ARTIRDI

Aktual

9 Oktyabr 2021, 18:45

ABŞ Prezidenti Co Bayden 2022-ci maliyyə ilində ölkəyə qaçqın qəbulu kvotasını 62,5 min nəfərdən 125 minə qaldırıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

 

Vaşinqton rəhbərliyi həmçinin Avropa və Orta Asiya ölkələrindən 10 min qaçqın qəbul etmək niyyətindədir.

 

Xatırladaq ki, may ayında dövlət başçısı ötən 2021-ci maliyyə ilində qaçqın qəbulu limitini 62,5 min nəfərə yüksəltmişdi (sələfi Donald Tramp bu rəqəmi 1980-ci ildən bəri ən aşağı həddə - 15 min nəfərə qədər endirmişdi).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı