Modern.az

İraqda növbədənkənar parlament seçkiləri keçirilir

İraqda növbədənkənar parlament seçkiləri keçirilir

Aktual

10 Oktyabr 2021, 12:30

Bu gün İraqda növbədənkənar parlament seçkiləri keçirilir. İraqın 40 milyon əhalisinin 24 milyonunun səsvermə hüququ var. İraq parlamentindəki 329 yer uğrunda 3 min 249 namizəd mübarizə aparacaq.

 

Modern.az xəbər verir ki, seçkilərlə əlaqədar olaraq İraq hökuməti yüksək təhlükəsizlik tədbirləri həyata keçirib. Polis və xüsusi xidmət orqanlarının nümayəndələri seçki prosesinə qarışmadan məntəqələri ciddi nəzarətə götürüblər. Şübhəli adamlar saxlanılaraq sənədləri yoxlanılır və hər ehtimala qarşı üzərinə baxış keçirilir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq səs verməyə gələnlər tibbi protokola əməl edərək maska taxmalı, əllərini dezinfeksiya etməlidir.

 

Seçicilərin məntəqəyə mobil telefonla da daxil olması qadağan edilib. Paytaxt Bağdadda və digər şəhərlərdəki hava limanları, dəmir yollu vağzalları, eyni zamanda gömrük-keçid məntəqələri səsvermə başa çatana qədər fəaliyyət göstərməyəcək.

 

Seçkiləri 877 yerli və xarici müşahidəçi izləyəcək, prosesi 300-dən çox yerli və xarici mətbuat nümayəndəsi işıqlandıracaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı