Oksford İngilis dilli lüğəti ilin sözünü açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, koronavirus səbəbi ilə “peyvənd” bu il ən çox işlənən söz olub.
Lüğət həmçinin açıqlamasında qeyd edib ki, “ikiqat peyvənd”, “peyvənd olunmayan”, “anti peyvənd” kimi sözlər daha çox istifadə olunub.
““Peyvənd” sözü bu zamana qədər nadir istifadə olunan sözlərdən biri idi. Amma indi ilin ən çox istifadə olunan kəlməsidir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, “peyvənd” sözü ilk dəfə 1800-cü ildə işlədilməyə başlanılıb.
Nigar ADİL