Modern.az

Niderland jurnalında azərbaycanlı jurnalistin filmi haqqında məqalə 

Niderland jurnalında azərbaycanlı jurnalistin filmi haqqında məqalə 

Aktual

1 Noyabr 2021, 17:55

Niderlandın “FOR YOU” jurnalında Şuşaya həsr olunmuş “28” adlı sənədli filmdən bəhs edən “İtirilmiş uşaqlıq” sərlövhəli məqalə dərc olunub.

 

Modern.az xəbər verir ki, məqalədə filmin müəllifi, “REAL TV”nin Avropa bürosunun rəhbəri Xatirə Sərdarqızının ərsəyə gətirdiyi ekran əsəri barədə ətraflı məlumat verilib. Bildirilib ki, filmin qəhrəmanı 12 yaşlı qızdır. Filmdə uşağın I Qarabağ müharibəsinin başlanması və Şuşanın işğalı nəticəsində doğma şəhərindən qovulmasına, 28 il sonra yenidən Şuşaya qayıtmasına və bu şəhərdə qalmış uşaqlığına qovuşmasına diqqət cəlb edilib.

 

Məqalə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın təşəbbüsü ilə dərc edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir