Modern.az

61 yaşlı kişini qatar vurub öldürdü

61 yaşlı kişini qatar vurub öldürdü

Aktual

1 Noyabr 2021, 19:14

 Lənkəran şəhər sakini, 1960-cı il təvəllüdlü Həsənov Vəfadar Hüseyn oğlu naməlum şəraitdə qatarın altına düşərək ölüb.

 

Modern.az xəbər verir ki, hadisə Lənkəran dəmiryolu stansiyasından təxminən 300 metr aralıda baş verib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları və prokurorluq əməkdaşları baxış keçirdikdən sonra meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir