Modern.az

Boksçumuz 1/8 finalda uduzdu

Boksçumuz 1/8 finalda uduzdu

Aktual

1 Noyabr 2021, 21:09

Serbiyanın paytaxtı Belqraddakı boks üzrə dünya çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, Azərbaycan boksçusu Mirşərif Kazımzadə 1/8 final görüşünə çıxıb. 75 kq çəki dərəcəsində mübarizə aparan idmançı özbəkistanlı Səidcəmşid Cəfərovla qarşılaşıb.

 

Rəqibinə 0:5 hesabı ilə uduzan Kazımzadə yarışla vidalaşıb.

 

Qeyd edək ki, bu gün daha 1 boksçu 1/4 finala vəsiqə uğrunda döyüş keçirəcək. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə qüvvəsini sınayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...