Modern.az

İki yük maşını toqquşdu - Bir nəfər öldü

İki yük maşını toqquşdu - Bir nəfər öldü

Aktual

2 Noyabr 2021, 09:10

Qaradağ rayonunda iki yük avtomobili toqquşub, bir nəfər ölüb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “Ford” markalı yük avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir