Modern.az

Dubayda Azərbaycan İnvestisiya Forumu keçiriləcək

Dubayda Azərbaycan İnvestisiya Forumu keçiriləcək

Aktual

2 Noyabr 2021, 09:25

Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

 

İqtisadiyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, 2-5 noyabr tarixlərində İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə gedəcək.

 

BƏƏ-də Hökumətlərarası Komissiyanın 8-ci iclası və Azərbaycan İnvestisiya Forumu keçiriləcək.

 

Nümayəndə heyətinin BƏƏ-nin rəsmi və biznes nümayəndələri ilə görüşləri, xarici investisiyaların cəlbi baxımından əhəmiyyətli platforma hesab edilən və ölkəmizin investisiya imkanlarının da nümayiş olunduğu “Dubay Expo 2020” ümumdünya sərgisinə səfəri təşkil ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir