Modern.az

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

Aktual

2 Noyabr 2021, 14:00

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ötən gün qəbiristanlıqdan oğurluq edən şəxs tutulub.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaradəmirçi kəndində yerləşən qəbiristanlıqdan oğurluq edən, əvvəllər məhkum olunmuş rayon sakini Elnur Mikayılov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilən zaman oradan oğurladığı dəmir barmaqlıqlar maddi sübut kimi aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi