Modern.az

UEFA-dan “Qarabağ”ın oyununa təyinat

UEFA-dan “Qarabağ”ın oyununa təyinat

Aktual

2 Noyabr 2021, 14:25

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda "Kayrat" və "Qarabağ" komandaları arasında keçiriləcək oyunun hakimləri bəlli olub.

 

Modern.az-ın məlumatına görə, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb.

 

Referi Dumitri Muntyana Andrey Bodyan və Viktor Mardari laynsmanlar qismində kömək edəcəklər.

 

Dördüncü hakim funksiyasını isə Vyaceslav Banari yerinə yetirəcək.

 

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları