Modern.az

Yeni rüsumlar qiymətlərə təsir edəcək - Vahid Əhmədov

Yeni rüsumlar qiymətlərə təsir edəcək - Vahid Əhmədov

Aktual

10 Noyabr 2021, 13:30

"Biz bu yaxınlarda komitə iclasında bir neçə qanuna dəyişiklikləri müzakirə etdik. "Dövlət rüsumu haqqında" qanunda çox ciddi dəyişikliklər edilməlidir".

 

Modern.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

 

O bildirib ki, qanunlara təklif edilən dəyişikliklərin bir hissəsi ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlıdır:

 

"Bu da bazarda qiymətlərə təsir edən amillərdəndir. "Dövlət rüsumu haqqında" qanuna ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlı təklif olunan rüsumları reklam və digər yerlərə əlavə etmək lazımdır".

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?