Saxa Yakutiya Respublikasından xoş ovqatla qayıtmışam. Qalibiyyəıt Bayrağı ucalarda, Şuşada dalğalanan Azərbaycandan Zəfər salamı aparmışdım türk yurduna”.
Bunu Modern.az-a açıqlamasında Saxa Yakutiya Respublikasına səfərdən qayıdan tanınmış jurnalist Aida Eyvazlı bildirib.
“Mənim Saxa Yakutiya Respublikasına səfər edəcəyimi bilən çox hörmət eytdiyim, ziyalı və şəhid Sənan Axundovun xanımı, gözəl pedaqoq Nəcibə Axundova Qarabağ ornamentləri həkk olunmuş bir qalstuk gətirərək, xahiş etdi ki, hədiyyəni Saxanın prezidenti Aysen Nikolayeə təqdim edim. Səfərimiz çərçivəsində Saxa Yakutiya Respublikasının rəhbəri Aysen Nikolayevlə görüşümüz olmalı idi. Görüşün vaxtı da müəyyən edilmişdi. Lakin 30 oktyabr -7 noyabr tarixində ölkədə lokdaun elan edildi. COVİD -19 pandemiyası səbəbindən görüşümüz baş tutmadı”,-A.Eyvazlı deyib.
Onun sözlərinə görə, səfərdən geri dönüş ərəfəsində ABAD-dan verilən qızıl işləməli Qarabağ xalçasının maketini və Nəcibə Axundovanın bağışladığı Xarı bülbül şəkli olan həmin qalstuku Saxanın xalq şairi Natalya Xarlampyeva vasitəsilə prezidentə çatdırmağa cəhd edib:
“Natalya Xarlampyevadan xahiş etdim ki, həmin hədiyyələri Aysen Nikolayevə çatdırsın.
Bu gün aldığım xəbərə görə, qalstuk və Qarabağ xalçasının maketi Saxa Yakutiya Respublikasının prezidenti Aysen Nikolayevə təqdim edilib”.