Tbilisidə keçirilən etiraz aksiyasında polis bu gün 46 müxalifət fəalını saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb.
Məlumata görə, səhər 10-dan etibarən eyni vaxtda Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliklərinin binası qarşısında etiraz aksiyaları keçirilir. İştirakçılar 41 gündür həbsxanada aclıq aksiyası keçirən eks-prezident Mixail Saakaşvilinin mülki xəstəxanaya köçürülməsini tələb edirlər.
Daxili İşlər Nazirliyi etirazçıları və siyasi liderləri Gürcüstan konstitusiyasına, hüquq-mühafizə orqanlarının fəaliyyətinə hörmət etməyə, qanun çərçivəsində qalmağa, polisin tələblərinə tabe olmağa və ictimai asayişi qorumağa çağırıb.
Qeyd edək ki, həbslərin əksəriyyəti Dövlət Təhlükəsizliyi Xidmətinin binası yaxınlığında keçirilən aksiyada həyata keçirilib.