Modern.az

Hava hücumundan müdafiə sistemi təkmilləşdirilə bilər

Hava hücumundan müdafiə sistemi təkmilləşdirilə bilər

Aktual

10 Noyabr 2021, 14:24

MDB ölkələrinin vahid hava hücumundan müdafiə sistemi təkmilləşdirilə və aerokosmik müdafiə vəzifələrinin həllinə uyğunlaşdırıla bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu MDB ölkələrinin Müdafiə Nazirlikləri Rəhbərləri Şurasının iclasının yekununda deyib.

 

İclasda, həmçinin hərbi təhsil və təlim sahəsində əməkdaşlıq sisteminin, o cümlədən dövlət radarlarının identifikasiyası üzrə vahid sistemin əsas istiqamətləri müzakirə olunub.

 

Qeyd edək ki, tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın müdafiə nazirliklərinin, eləcə də MDB İcraiyyə Komitəsinin və MDB Müdafiə Nazirləri Şurasının Katibliyinin nümayəndə heyətləri iştirak edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!