Modern.az

Zəfər günü Amnistiyasının icrasına başlandı - RƏSMİ

Zəfər günü Amnistiyasının icrasına başlandı - RƏSMİ

Aktual

10 Noyabr 2021, 16:30

8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya aktının icrasına başlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

Məlumatda bildirilir ki, hazırda aktının tətbiqi və icrası ilə bağlı işlər davam etdirilir. Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masa da keçiriləcək.

 

Xatırladaq ki, Milli Məclis noyabrın 5-də Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Amnistiya aktı ümumilikdə 16 min nəfərə şamil ediləcək, 3 min nəfər məhkum isə cəzasının çəkilməmiş hissəsindən azad ediləcək.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?