Modern.az

Birinci doza vaksin vurulanların sayı 5 milyonu ötdü

Birinci doza vaksin vurulanların sayı 5 milyonu ötdü

Aktual

10 Noyabr 2021, 16:40

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 403 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 086, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 998, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 6 319 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 941 341, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 001 669, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 442 475, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 497 197 təşkil edir.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?