Modern.az

Səfərbərlik Xidmətinin rəis müavini vəzifəsindən azad olundu

Səfərbərlik Xidmətinin rəis müavini vəzifəsindən azad olundu

Aktual

10 Noyabr 2021, 17:40

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb.

 

Modern.az “Report”a istinadən məlumat verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

 

Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.

 

Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. Prezident İlham Əliyevin 2019-cu il 11 fevral tarixli sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib.

 

Xatırladaq ki, Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır.

 

 Şahvələd Əliyev
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları