Modern.az

Köhnə qaz xətləri yenilənir

Köhnə qaz xətləri yenilənir

Aktual

10 Noyabr 2021, 18:23

Qış aylarında abonentlərin təbii qazdan fasiləsiz və daha rahat istifadə etmələri üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən işlər davam etdirilir.

 

İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə İB tərəfindən Şəmkir rayonunun Sabirkənd kəndində uzunluğu 1600 metr, diametri 108 mm olan qaz xəttinin torpaqla təmasda olan, korroziyaya uğrayan hissələrinin dayaqlar üzərinə qaldırılması işləri icra olunur.

 

Bundan əlavə Şəmkir Regional qaz istismarı İdarəsinin Şəmkir xidmət sahəsi tərəfindən rayonun Bakı küçəsində pərakəndə şəkildə çəkilən kiçik diametrli qaz xətlərinin yenilənməsi işləri də həyata keçirilir. İstismar müddəti başa çatan qaz xətlərinin əvəzlənməsi işləri bundan sonra da davam etdiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?