Modern.az

“Azad edilmiş ərazilərə dəstəyimiz fasiləsiz davam edəcək”

“Azad edilmiş ərazilərə dəstəyimiz fasiləsiz davam edəcək”

Aktual

10 Noyabr 2021, 19:00

Qarabağ və Şərqi Zəngəzurun sürətli şəkildə abadlaşmasından, işğalın izlərinin qısa müddətdə silinməsindən məmnuniyyət hissi duyuram. İşğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası prosesində dəstəyimiz bundan sonra da fasiləsiz davam edəcək.

 

Modern.az xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda yer alıb.

 

Məktubda deyilir:

 

“Azərbaycanın ötən il noyabrın 8-də işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşada imzaladığımız Bəyannamə ilə münasibətlərimizin müttəfiqlik səviyyəsinə çatdırılması ölkələrimiz üçün tarixi addımdır. Həmrəyliyimizin bundan sonra da “Bir millət, iki dövlət” şüarı ilə hər sahədə inkişaf edəcəyinə şübhə yoxdur.

 

Azadlıq uğrunda şəhid olan qardaşlarımızı rəhmət və ehtiramla yad edir, qələbə yolunu açan qazilərimizə minnətdarlığımı bildirirəm.

 

Əziz Qardaşım, fürsətdən istifadə edərək Zati-alinizin cansağlığı və xoşbəxtliyi, can Azərbaycan xalqının rifahı və firavanlığı üçün ən xoş arzularımı çatdırıram”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?