Modern.az

“Şərq tərəfdaşlığı” ölkələrinin XİN başçıları görüşəcək

“Şərq tərəfdaşlığı” ölkələrinin XİN başçıları görüşəcək

Aktual

10 Noyabr 2021, 20:58

“Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirləri noyabrın 15-də Brüsseldə görüş keçirəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Şurası məlumat yayıb.

 

Görüş zamanı tərəfdaşlığın inkişafı və onun xalqlara fayda gətirməsi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

 

Xüsusi diqqət idarəçilik və investisiyalar, həmçinin dayanıqlılıq, bərpa və islahatlar üçün tərəfdaşlığın gücləndirilməsi məsələlərinə yönəldiləcək.

 

Qeyd edək ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında Gürcüstan, Ukrayna, Moldova, Azərbaycan və Ermənistan təmsil olunur. Belarus təşəbbüsdə iştirakını bu ilin iyununda dayandırıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?