Modern.az

Blinken ABŞ və Çin liderlərinin görüşünü təsdiqlədi

Blinken ABŞ və Çin liderlərinin görüşünü təsdiqlədi

Aktual

10 Noyabr 2021, 21:18

Yaxın vaxtlarda ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin arasında görüş baş tutacaq.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken “The New York Times” qəzetinin təşkil etdiyi illik konfransda məlumat verib.

 

O, görüşün videokonfrans formatında baş tutacağını bildirib.

 

Amerikanın xarici siyasət idarəsinin rəhbəri görüşün dəqiq tarixini açıqlamayıb.

 

Blinken həmçinin qeyd edib ki, liderlər bu il ümumi müddəti təxminən beş saat olan bir neçə telefon danışıqları həyata keçiriblər və indi onlar üçün virtual formatda da olsa, üzbəüz görüş təşkil etmək mümkündür. Dövlət Departamentinin rəhbəri nə vaxtsa Bayden və Cinpinin şəxsən görüşə biləcəyinə ümid etdiyini bildirib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?